Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hillari Klinton barəsində istintaq bərpa olundu

Hillari Klinton barəsində istintaq bərpa olundu

Date: 29 October 2016 09:32

ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizədi Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan "elektron poçt" işi üzrə istintaqı yenidən bərpa edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu  FTB-nin direktoru Ceyms Komi bəyan edib. O, artıq bununla bağlı Konqresi məlumatlandırdığını da deyib.
 
C.Kominin sözlərinə görə, digər iş üzrə araşdırma aparan FTB həmin işin Klintonun xidməti və fərdi yazışmaları ilə əlaqəli olduğu qənaətinə gəlib. Komi qeyd edib ki, FTB əməkdaşları məktubların məzmunu ilə yenidən tanış olmalı, onların istintaq üçün mühümlüyünü qiymətləndirməlidirlər.
 
İddiaya əsasən, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.
 
Xatırladaq ki, Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən "elektron poçt işi" üzrə 3,5 saat dindirilib.

Milli.Az


Tags:  Hillari Klinton barəsində istintaq bərpa olundu

RƏYLƏR


Top news