Bərbər 22 avro istədi, MİLYARDER çoxdur, deyib saçını kəsdirmədi

Bərbər 22 avro istədi, MİLYARDER çoxdur, deyib saçını kəsdirmədi
10:18 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Varlı olmaq hər kəsin xəyalıdır. Elə bir insan yoxdur ki, sərvət sahibi olanların həyat tərzinə baxıb öz-özünə “belə bir yaşam məndə niyə yoxdur” deyə sual verməsin. Kənardan baxdıqda onların heç bir problemi olmadığı, xoşbəxt yaşadıqları təəssüratı yaranır. Amma medalın digər üzü də var. Hansı ki, sərvətlərini qorumaq, bizneslərini davam etdirmək üçün zənginlərin gecə gündüz çalışmaları, stressli bir həyat yaşamalarıdır.

Ən çox milyarder harada yaşayir?

Publika.az bildirir ki, bu ilin ikinci rübünə olan məlumata görə, dünya üzrə milyarderlərin ümumi var-dövlətləri təqribən 7,7 trilyon ABŞ dollarına qədər artıb.

Hesablamalara əsasən, ən çox milyarder Avropada yaşayır, Asiyada isə milyarderlərin sayı sürətlə artır.

Dünyada var-dövləti 1 milyard dollar və ya daha çox olan insanların sayı 2015-ci ildə 6,4% artıb. İndi 2473 nəfər belə var-dövlətlə öyünə bilər.

Milyarderlərin ümumi var-dövləti 2015-ci ilin yekunları üzrə 7,683 trilyon ABŞ dolları təşkil edib. Bu isə hesabatların hazırlanması dövründə mütləq rekorddur.

Ötən illə müqayisədə milyarderlərin məcmu kapitalı 5,4% artaraq, ABŞ və Çin istisna olmaqla, dünyanın bütün ölkələrinin ÜDM göstəricisini üstələyib.

2015-ci il Asiya (Yaxın Şərq istisna olmaqla) üçün daha "məhsuldar" alınıb: Bu regionda milyarderlərin sayı 15,2% çoxalıb. Bu, isə Şimali Amerikada müşahidə edilən artımdan demək olar 5 dəfə çoxdur. Nəticədə Asiya var-dövləti azı 1 milyard ABŞ dolları olan sakinlərin sayına görə (645 nəfər) dünyada ikinci sıraya yüksəlib. Şimali Amerikada isə milyarderlərin sayı 628 nəfərdir.

Milyarderlərin sayına görə, lider yenə də Avropa (806) olub. Amma 2015-ci ildə yerli varlıların var-dövləti 1,9% azalıb. Bu azalma digər regionlarda da müşahidə edilib, özü də daha iri həcmdə. Məsələn, Şimali Amerikada yaşayan milyarderlərin var-dövləti 8%, Asiyadakı "üst təbəqə"ninki 19,6%, Yaxın Şərqdəki varlıların sərvəti isə 9% azalıb.

Necə varlanmaq olar?

Milyarderlərin siyahısında adlarını gördüyümüz insanların əksəriyyəti zamanında hər qəpiklərinin hesabatını apararaq hazırkı zirvəyə yüksələ bilən insanlardır. Qənaətcil olmaq, kənarda pul yığmaq və həmin pulları səmərəli sərmayəyə çevirmək varlanmaq üçün çıxılan yolda ən vacib şərtdir.

Yəni zəngin həyatınız olmasını istəyirsinizsə, bunun üçün bəzi vərdişlərə sahiblənməlisiz. Əvvəla iqtisadiyyat, maliyyə, investisiya kimi mövzuları sevməyə başlamalısınız.

İkinci bir tərəfdən yaxınlarınızdan miras qalmayıbsa və ya ailədən sərvətə sahib deyilsinizsə, varlanmaq üçün pulunuzu düzgün istifadə etməlisiniz. Qazandığınız pulun hər qəpiyinin hesabını bilməli, onları artırmaq haqqında düşünməlisiniz. Xərclərinizi minimumlaşdırmalısınız. Yaxşı büdcə planı hazırlamalı, pulunuzun haradan gəlib hara getdiyini tam şəkildə bilməlisiniz.

Məsələn, dünyanın ən varlı şəxsi Con Rokfellerin şəxsi hesab kitabçası olub. Həmin kitabçada o, bütün xərc və gəlirlərinin hesabını aparırmış. İş adamının gəlirlərinə qənaətcil yanaşması ona ilk kapitalını toplamağa imkan verib. 18 yaşında artıq onun kənarda 800 dollar pulu varmış.

İKEA korporasiyasının sahibi biznesmen İnqvar Kamprad pula qənaət etmək üçün paltarlarını “second-hand” mağazalarından, bazarlardan alır.

Hətta milyarder özü bu haqda belə deyir: “Yeni aldığım əşyalarımın olduğunu düşünmürəm, hər şeyi bazardan alıram. Bununla müsbət nümunə olmaq istəyirəm”.

2008-ci ildə İsveç nəşrinə verdiyi müsahibəsində isə o, Amsterdamda bərbərin saç kəsimi üçün 22 avro istədiyini bildirib. Milyarder həmin hadisədən sonra yalnız inkişafda olan ölkələrə səfərlər zamanı saçını kəsdirdiyini deyib.

Daha bir misal, Uoren Baffetlə bağlıdır. Sərvətinin həcminə görə, dünyanın üçüncü ən varlı şəxsi sayılan Baffet hesab edir ki, əsl milyonçu qənaət etməyi bacarmalıdır. O öz investor karyerasının əvvəlində gəlirinin bir hissəsini ehtiyat olaraq ayırırmış.

Sahib olduğu sərvətə baxmayaraq, indiyə qədər 1957-ci ildə aldığı evdə yaşayır. Bundan əlavə, o köhnə avtomobilindən istifadə edir və demək olar ki, adətən fəstfud ilə qidalanır. Ən ucuz mağazalardan geyim alır.

Dünya milyarderləri necə varlanıblar?

Keçək dünya milyarderlərinin bu nöqtəyə necə gəlib çıxmalarına. Araşdırmalara görə, hazırda dünyada milyarderlərin sayı 1810 nəfər, onların sərvətlərinin məbləği isə 6,48 trilyon dollardır. Bu milyarderlərin 13 faizinin sərvətinin mənbəyi mirasdır. 27 faizi isə aldıqları mirası düzgün dəyərləndirənlərdir. 60 faizi sıfırdan, qəpik-quruşu milyardlara çevirən şəxslərdir.

Mütəxəssis rəyləri göstərir ki, milyarder olmaq üçün ən böyük bacarıq düzgün işlə məşğul olmaq, pulu düzgün dəyərləndirməkdir.

Dünya milyarderlərinin 60 faizini zəngin edən 5 peşə:

19,3 faizi maliyyə, bankirlik, investisiya sektoru,

12,1 faizi sənaye sektoru

7,1 faizi daşınmaz əmlak sektoru

5 faizi məqsəd güdməyən birlik və vətəndaş cəmiyyət təşkilatlarından,

4,9 faizi tekstil, lüks məhsullar, akssesuar sektoru.

Göründüyü kimi, pulun təməlini meydana gətirən maliyyə, bank sektoru hələ də birinci sıradadır. Bu baxımdan pulunuzun qədrini bilin və sevin. Əmin olun pul da sizi sevəcək. Nəzər yetirin, kasıblar pul barəsində danışmaq istəmədikləri halda, varlılar daim puldan danışırlar. Bu səbəbdən varlılar pulu çoxaltmağın yolunu tapırlar.

L.Əliyeva

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

SON DƏQİQƏ: Bağdadda partlayış baş verib -

30 Mart 2017 00:42

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

"Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik" -

29 Mart 2017 22:58

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43

"Fərat Qalxanı" əməliyyatı başa çatdı -

29 Mart 2017 22:43