Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya BMT Şurasından çıxarıldı

Rusiya BMT Şurasından çıxarıldı

Date: 29 October 2016 10:37

Rusiya BMT İnsan Haqları Şurasının tərkibinə daxil olmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, keçirilən səsvermə zamanı Rusiya 112 səs toplayıb. Şuraya isə onun Şərqi Avropadan olan rəqibləri Macarıstan və Xorvatiya üzv seçilib.
 
Qeyd edək ki, İnsan Haqları Şurasına 14 yeni üzv seçilib. Bu ölkələr sırasına Macarıstan, Xorvatiya, Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, ABŞ, Tunis, Cənubi Afrika Respublikası və Yaponiya daxil olublar. Yeni şuranın üzvləri 2017-2019-cu illər ərzində fəaliyyət göstərəcəklər.
 
Bundan öncə İnsan Haqları Şurasında Rusiyanın Hələbi bombardman etməsi kəskin tənqid edilib. Moskvanı bu məsələ ilə bağlı daha çox Böyük Britaniya qınaq obyektinə çevirib. 

Milli.Az


Tags:  Rusiya BMT Şurasından çıxarıldı

RƏYLƏR


Top news