Rejissor Nail Naiboğlu yaradıcılıq gecəsi keçirəcək.
Axşam.az-ın məlumatına görə, 41 yaşı tamam olan rejissor həmin gün tanınmış simaları başına toplayacaq. O bildirib ki, dekabrın 19-da böyük konsert proqramı təşkil edəcək:
“Tədbir Rəşid Behbudov adına Mahnı Teatrında gerçəkləşəcək. “Hədiyyəm olsun” adlı konsertdə Flora Kərimova, Lalə Məmmədova, Manana, Ramal İsrafilov, Natavan Həbibi, Elnur Məmmədov, Elçin Cəfərov, Günay İbrahimli, Rüfət Axundov, rəqqasə Oksana Rəsulova, Fatimə Fətəliyeva və başqaları yer alacaqlar. Gecənin aparıcısı Zemfira Adıgözəlova olacaq. Rejissorluq işini Anar Hüseynova həvalə edəcəm. Özüm tədbiri tamaşaçı kimi zaldan izləmək istəyirəm”.