Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üz köçürülmə əməliyyatından sonra möcüzəli dəyişiklik - FOTOLAR/VIDEO

Üz köçürülmə əməliyyatından sonra möcüzəli dəyişiklik - FOTOLAR/VIDEO

Date: 29 October 2016 10:58

Üzündəki şişlərə görə, nə küçəyə çıxa bilən, nə danışa nə də yemək belə yeyə bilən və “Bədheybət” ləqəbi qoyulan polşalı Coanna adlı qadın üz nəqli əməliyyatı sayəsində normal həyata qayıda bilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Conanna öz ölkəsində üz nəqli əməliyyatı etdirən ikinci xəstədir. Gənc qadının üz köçürülmə əməliyyatı 23 saat davam edib. 3 il əvvəl baş tutan əməliyyatda Coannanın həkimi Adam Maciejevski hər şeyin uğurlu keçdiyini və xəstənin tezliklə normal həyata qayıda biləcəyini vurğulamışdı.

Coanna 3 il sonra yenidən kameraların qarşısına çıxıb. Qadının üzündəki dəyişiklik isə heyrət doğurur, sanki möcüzə verib. O, indi yaxşı danışa, nəfəs ala, yemək yeyə bilir. Ən əsas isə cəmiyyət içinə çıxmaqdan qorxmur. İnsanların qorxu və dəhşət dolu baxışlarından xilas olan Coanna özünü yaxşı hiss edir. Coanna həkimlərinin keçirdiyi mətbuat konfransında media nümayəndələri qarşısına çıxaraq uğurlu əməliyyatın nəticələri haqqında açıqlamalar verib.

Aytən









Tags:  köçürülmə əməliyyatından sonra möcüzəli dəyişiklik FOTOLARVIDEO

RƏYLƏR


Top news