Leyla Əliyeva sərgidə - fotolar

Leyla Əliyeva sərgidə -  fotolar
11:01 29 Oktyabr 2016
98 Şou
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı fərdi sərgisi açılıb.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək Mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Xorxe Marinin bu sərgisinin təşkili üçün həm Heydər Əliyev Fondunun, həm də Heydər Əliyev Mərkəzinin əməkdaşları uzun müddətdir birgə işləyiblər.

Bakıda sərgisinin açılmasından qürur duyduğunu söyləyən Xorxe Marin ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Heydər Əliyev Mərkəzində sərgi 2017-ci il martın 31-dək davam edəcək.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR