Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə restoranda tiryəkxana aşkarlanıb

Bərdədə restoranda tiryəkxana aşkarlanıb

Date: 29 October 2016 11:12

Bərdə. 29 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda tiryəkxana aşkarlanıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Əliyanlı kəndi ərazisində yerləşən  Tural Rafiq oğlu Abduləzimova məxsus restoranda xüsusi hazırlanmış otaqdan narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil edib. 
Polis əməliyyatı zamanı tiryəkxanadan çətənə bitkisindən kustar üsulla hazırlanmış  20 qram narkotik qurudulmuş marixuana və xaşxaş bitkisindən hazırlanmış 0.655 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Tags:  Bərdədə restoranda tiryəkxana aşkarlanıb

RƏYLƏR


Top news