İstanbulda Mustafa Kamal Atatürkün arı mumundan hazırlanmış heykəli sərgilənəcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heykəldə M.K.Atatürkün 1931-ci ildə dünyada bir dövlət başçısı olaraq tanındığı vaxt təsvir edilib.
Heykəl üzərində 30-dan çox heykəltaraş 4 ay işləyib. Dünyada arı mumundan heykəl hazırlamaqla tanınan “Madama Tussauds” muzeyinin Londondakı mərkəzində daha əvvəl M.K.Atatürkün heykəli sərgilənib. Lakin muzeydəki Atatürkün heykəli və fiqur əslinə bənzəmədiyinə, həm də onun xarizması və işığını əks etdirmədiyi əsas gətirilərək 2005-ci ildə dəyişdirilmişdi.
Qeyd edək ki, “Madama Tussauds” muzeyi İstanbulda 21-ci mərkəzini açacaq.
Gülxar