Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycana kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istəyən şəxs saxlanılıb

Date: 29 October 2016 11:22

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Tags:  Azərbaycana kərə yağı şirniyyat qutularının içərisində siqaret keçirmək istəyən şəxs saxlanılıb

RƏYLƏR


Top news