Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İngiltərə klubu bir qrup azarkeşinə ömürlük qadağa qoyub

İngiltərə klubu bir qrup azarkeşinə ömürlük qadağa qoyub

Date: 29 October 2016 11:27

Bakı. 29 oktyabr. REPORT.AZ/ İngiltərənin "Vest hem" klubu 200 azarkeşin ömürlük stadiona buraxılmaması ilə bağlı qərar qəbul edib. "Report"un məlumatına görə, buna səbəb azarkeşlərin oyun zamanı dava salmalarıdır. 
Ölkə kubokunun 4-cü turunda "Çelsi" ilə ev oyunu zamanı meydan sahibi azarkeşlər oturacaqları sındıraraq bir-birlərinə atıblar. Bununla kifayətlənməyən tərəfdarlar daha sonra bir-birlərinə butulka atıblar və dava daha da böyüyüb. 
Klub həmin hadisədə iştirak edən 200 azarkeşin heç vaxt stadiona buraxılmaması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, "Vest Hem" - "Çelsi" oyunu 2:1 hesabı ilə başa çatıb.

.

Tags:  İngiltərə klubu qrup azarkeşinə ömürlük qadağa qoyub

RƏYLƏR


Top news