ABŞ 1 il idi ki, bu türkü axtarırdı

ABŞ 1 il idi ki, bu türkü axtarırdı
11:28 29 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın narkotika ilə mübarizə üzrə fəaliyyət göstərən DEA təhlükəsizlik təşkilatı uğurlu bir əməliyyat keçirib.

Publika.az Türkiyənin “Vatan” nəşrinə istinadən xəbər verir ki, meksikalı narkotik tacirləri qılığında Amerika agentlərinə külli miqdarda ağır silah satmağa çalışan türk silah taciri M.G. Çernaqoriyada tutulub.

Çernaqoriya polisi ilə əməkdaşlıq edən iki DEA agenti özlərini narkotik tacirlərini kimi təqdim edir və M.G.-nin etibarını qazanmaq üçün 2015-ci ilin sentyabrından 2016-cı ilin martına kimi dəfələrlə onunla telefon və internet üzərindən görüşüb, nəhayət aprel ayında üz-üzə görüşməyə nail olub.

Bu görüşlərdə ABŞ-a Meksika üzərindən tonlarla kokainin, həm də bu əməliyyatın təhlükəsizliyinin təmin edilməsi məqsədilə minlərlə ağır silahın çatdırılması üçün M.G. ilə sözdələşmə aparılıb. M.G. Çernaqoriyada keçirilən son görüş öncəsi (14 aprel) üçüncü bir ölkədə icarəyə götürdüyü anbarlarda saxladığı silahların fotoşəkil və videolarını “WhatsApp”la DEA agentlərinə göndərib. M.G. bu fotoşəkillərindən birində əlində pulemyotla özü də poza vermişdi. Ancaq o, bu fotoşəkilin istintaq sənədlərinə “M. G. Photograph” adı ilə dəlil olaraq əlavə olunacağından xəbərsiz idi.

Aprel ayında Çernaqoriyada son görüşə gedən 49 yaşındakı M. G. və 50 yaşındakı Suriya vətəndaşı olan ortağı Saber Karimç narkotik taciri hesab etdikləri agentlərə böyük miqdarda pulemyot, qumbaralar və digər bəzi ağır silahları satmağı təklif edib. Agentlər söhbəti qeydə alırlar. Bundan dərhal sonra M. G. və Saber Karimç DEA agentləri ilə əməkdaşlıq edən Çernaqoriya polisi tərəfindən tutulur. Təxminən bir ildir axtarılan M.G. və Saber Karimç ABŞ-a ekstradisiya edilib.

M.G.-nin DEA agentlərinə satmaq istədiyi silahların siyahısı isə bu şəkildə olub: 1000 ədəd “Kalaşnikov”, 250 minaatan, 2500 əl qumbarası, 250 snayper, 250 ədəd 14,5 mm kalibrli pulemyot, 100 tank əleyhinə mərmi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR