Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycana gizli telefon keçirilməsinin qarşısı alınıb

Azərbaycana gizli telefon keçirilməsinin qarşısı alınıb

Date: 29 October 2016 11:37

Bakı. 29 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan vətəndaşı tərəfindən gizli telefon keçirilməsinin qarşısı alınıb.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Tags:  Azərbaycana gizli telefon keçirilməsinin qarşısı alınıb

RƏYLƏR


Top news