Əməkdar artist Aygün Bəylər solo konsertə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, dekabrın 4-də keçiriləcək “Sən elə bir zirvəsən” adlı proqram Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
A.Bəyləri səhnədə xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestı müşayiət edəcək.