Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

Date: 29 October 2016 11:47

Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, Birinci dünya Savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib.
 
Çanaqqala savaşının qəhrəmanlarından olmuş Mustafa Kamal Atatürkün rəhbərliyi altında 19 may 1919-cu ildə Samsun hərəkatı ilə Qurtuluş Savaşı başlayıb. 18 sentyabr 1922-ci ildə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub.  24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib. Bununla əlaqədar hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir. Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət üzvləri, millət vəkilləri bayramla əlaqədar Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksini ziyarət ediblər. Rəcəb Tayyib Ərdoğan xatirə dəftərinə yazıb ki, bu gün 93 il əvvəl bütün imkansızlıqlara baxmayaraq, böyük bir zəfərin meyvəsi olan Türkiyə Cümhuriyyətinin 93-cü ildönümü böyük qürur və coşqu ilə qeyd edilir: "Azadlığından, qürurundan vaz keçməyərək 93 il əvvəl Türkiyə Cümhuriyyətini elan edən millətimiz eyni iradəsini bu gün də davam etdirir. 15 iyul hərbi çevrilişinə qarşı ölkəmizin dörd bir yanında qəhrəmancasına göstərilən müqavimət  93 il əvvəl Qurtuluş Savaşının təcəssüm etmiş halı idi. Ölkə demokratiyasını, suverenliyini və müstəqilliyini hədəf alan xarici və daxili dairələr millətimizin cəsarəti və müqaviməti sahəsində bir daha məğlubiyyət uğrayıb. Ölkəmizi müasir mədəniyyətlər səviyyəsinə qaldıracağıq. Əziz şəhidlərimizi, başda Mustafa Kamal Atatürk olmaqla, bütün qazilərimizi rəhmət və şükranla yad edirik".

Milli.Az


Tags:  Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

RƏYLƏR


Top news