Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda yaxın 5 ildə minlərlə yeni mənzil tikiləcək

Bakıda yaxın 5 ildə minlərlə yeni mənzil tikiləcək

Date: 29 October 2016 11:49

 

Bakıda yaxın 5 il ərzində tikintisi üçün razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 ha-dan çoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, adıçəkilən sənədlərdə söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb və komitə tərəfindən razılaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

 

Ərazi planlaşdırma sənədlərinin 5 ha-dək ərazilər üçün (1 ha-dan az olmayaraq) hazırlanması təc­rübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

 

Artıq yeni yaşayış binalarının tikintisinə artıq başlanılıb.


Tags:  Bakıda yaxın ildə minlərlə yeni mənzil tikiləcək


RƏYLƏR


Top news