Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşının cihazlar panelində telefon keçirmək istədilər - FOTO

Maşının cihazlar panelində telefon keçirmək istədilər - FOTO

Date: 29 October 2016 12:05

Rusiyadan Azərbaycana qanunsuz telefon keçirmə cəhddi baş tutmayıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən  "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes  Benz E 200 D" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd "Samsung J1" markalı mobil telefon, 9 ədəd  mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az




Tags:  Maşının cihazlar panelində telefon keçirmək istədilər FOTO

RƏYLƏR


Top news