Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Gürcüstana 3,4 milyard investisiya yatırıb

Azərbaycan Gürcüstana 3,4 milyard investisiya yatırıb

Date: 29 October 2016 12:17

1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb. 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub.

Milli.Az bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə bildirib.

"Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. "SOCAR Georgia" son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir", - deyə nazir diqqətə çatdırıb.

Milli.Az


Tags:  Azərbaycan Gürcüstana milyard investisiya yatırıb

RƏYLƏR


Top news