Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Deyirlər, qızım nişanlanıb, toyu olub" - Aygün Kazımova+fotolar

"Deyirlər, qızım nişanlanıb, toyu olub" -  Aygün Kazımova+fotolar

Amerikalı qız qusarlı oğlanla evləndi, belə oynadı... - ABŞ-da qız, Qusarda oğlan toyu - VİDEO (24 Mart 2017 12:33)
Aygün Kazımova dollar yağışına tutuldu - Biznesmen toyunda - FOTO (13 Mart 2017 10:12)

Tarix: 29 Oktyabr 2016 12:31

Xalq artisti Aygün Kazımova aparıcı Lamiyyə Ələkbərqızının “Həyat tərzi” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni həyatından, qızı İlqarədən bəhs edib. A.Kazımova övladının nişanlanması haqqında yayılan xəbərlərə münasibət bildirib:

“Hələ belə bir şey yoxdur. Qızım haqqında da şayiələr yayılmışdı ki, nişanlanıb. Hətta toyunun olması da yazılmışdı. Qızıma oxşayan birinin xaricdə olan toy fotoları yayıldı. Qız İlqarəyə necə oxşayırdısa, özüm də az qala inanırdım (gülür). Belə bir hadisə baş verən kimi, tamaşaçılarla bölüşəcəm”.

Maraqlı anlarla yaddaqalan verilişdə A.Kazımova hədiyyələr göndərilib.

Foto: Ramin ASLANOV



















Teqlər:  Deyirlər qızım nişanlanıb toyu olub Aygün Kazımovafotolar



RƏYLƏR


Top xəbərlər