Rasim Balayev xalq artistinin qalmaqallı gedişi haqda: "Əcəb edib..."

Rasim Balayev xalq artistinin qalmaqallı gedişi haqda: "Əcəb edib..."
12:32 29 Oktyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Fuad Poladov düz addım atıb. 

Milli.Az bildirir ki, bu sözləri aznews.az-a xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik Milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib. O hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil: "Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür, incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq". 

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər. 

Xatırladaq ki, xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR