Dələduz bankirin atası yenidən Ali Məhkəməyə müraciət etdi

Dələduz bankirin atası yenidən Ali Məhkəməyə müraciət etdi
12:33 29 Oktyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərin milyonlarla manat pulunu mənimsəməsi ilə bağlı yenidən Ali Məhkəməyə müraciət olunub.

Məlumata görə, Zal Yusifovun atası Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin qərarından üçüncü dəfə Ali Məhkəməyə şikayət edib.

Onun şikayətinin iki gün əvvəl məhkəməyə daxil olduğu bildirilir.

Bundan əvvəl də Zal Yusifov iki dəfə eyni qərardan şikayət verib. Lakin prosesin gedişi zamanı şikayətini geri götürüb. Zakir Yusifovun şikayəti artıq Ali Məhkəməyə daxil olub və yenə də hakim İlqar Hüseynovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olacaq.

Zakir Yusifovun növbəti dəfə məhkəməyə şikayət etməsinə cinayət işi üzrə adı keçən zərərçəkmişlər narazılıq edir. Onlar bildirirlər ki, Zakir Yusifov müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlakın hərraca çıxarılmasına mane olur. Zərərçəkmişlər qeyd edirlər ki, Zakir Yusifovun oğlu Zal Yusifov onların külli miqdarda pullarını mənimsəyib.Dələduzluq yolu ilə əllərindən alınan pulların geri qaytarılması üçün 9 ildir məhkəmələrin qapısında sürünürlər.

Zal Yusifovun yaşlı atası imkan vermir zərərçəkmişlərə dəymiş ziyan ödənilsin.

Qeyd edək ki, Zal Yusifov 8 il əvvəl - 2008-ci ildə həbs olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atasının Azərbaycan qanunlarına, haqq-ədalətə məhəl qoymaması, müxtəlif dolandırıcı üsullara, fırıldaqlara əl atmasıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb.

Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib.

Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib.

Zakir Yusifov Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub. Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib.

Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət etməyib. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur. Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı rəsmi şəkildə ifşa edilib.

Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də öz əməllərindən qalmayıb. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Zakir Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən iştirak etməyib. O, indi də məhkəmə proseslərində iştirak etmədiyi bəhanəsi ilə Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür. Belə hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var - məhkəmənin yekun qərarını uzatmaq...

Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses keçirilməyib.
Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi. Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini təxirə salmışdı.

Zakir Yusifov 2015-ci ildə də eyni oyuna əl atmışdı. O, 2015-ci ilin yay aylarında kasasiya şikayəti vermişdi. Həmin vaxt şikayət hakim Fərhad Kərimovun icraatına təqdim olunmuşdu. Sonradan naməlum səbəblərdən Zakir Yusifov şikayətini geri götürmüş, noyabr ayında isə yenidən tələsik şikayət vermişdi.
Bu il iyunun 8-də də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov kasasiya şikayətini geri götürdüyünü açıqladı. O, bildirdi ki, kasasiya şikayətinə bəzi əlavələr edəcək və bundan sonra yenidən kasasiya şikayəti verəcək.

Növbəti prosesi isə oktyabrın 5-də keçirilib. Həmin gün də heç bir səbəb olmadan Zakir Yusifov yenidən kasasiya şikayətini geri götürməklə növbəti dəfə vaxt qazanmağa, dəyən ziyanın ödənilməsinə mane olmağa çalışıb.

Elə buna görə də neçə illərdir məhkəmə prosesi davam edir. Ancaq bu adam anlamır ki, sonsuzadək belə davam edə bilməz. Gec-tez zərərçəkənlərə dəyən ziyan ödənməlidir. Çünki əmlakların Zakir Yusifova deyil, Zal Yusifova məxsus olduğu artıq təsdiqlənib. Zakir Yusifov vaxtı uzatmaqla əmlakların üzün də saxlamağa çalışsa da, bu, baş tutumayacaq... (Teleqraf.com)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mexikoda metroda tüstülənmə: 35 nəfər zəhərlənib

28 İyul 2017 08:52

"Milan" Renato Sanşeşin qiymətini baha hesab edib

28 İyul 2017 08:52

Bakıda gənc oğlanı avtomobil vurub

28 İyul 2017 08:52

Bakıda ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28 İyul 2017 08:47

Nigeriyada terrorçuların hücumu nəticəsində 50 nəfər ölüb

28 İyul 2017 08:47

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

28 İyul 2017 08:47

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO

28 İyul 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

28 İyul 2017 08:47

Qüdsdə toqquşmalar: 56 nəfər xəsarət alıb

28 İyul 2017 08:42

Bakıda sərxoş piyadanı yük avtomobili vurub - FOTO

28 İyul 2017 08:42

Kriştiano Ronaldoya şok təklif

28 İyul 2017 08:37

"Transfer qiymətlərində müəyyən hədd olmalıdır"

28 İyul 2017 08:32

Bakıda bərbər müştərisi tərəfindən döyülüb

28 İyul 2017 08:27

15 yaşlı oğlan dondurmadan zəhərlənib

28 İyul 2017 08:27

Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq

28 İyul 2017 08:22

Rus gözəl bu dəfə bikiniləri ilə gündəmdə - FOTO

28 İyul 2017 08:22

Sürücülərin nəzərinə: 4 gün qaldı

28 İyul 2017 08:17

3 yaşlı qıza təcavüz edib öldürdü, öz orqanlarını isə qohumlarına bağışladı

28 İyul 2017 08:17

""Beşiktaş"ın mənə göstərdiyi maraq və sevgidən təsirləndim"

28 İyul 2017 08:05

ABŞ Rusiyanın yeni səfiri postuna namizədini təsdiqlədi

28 İyul 2017 08:04

Turizm əhəmiyyətli yolda təmir başladı

28 İyul 2017 08:03

Özünü körpüdən yerə atan qızın intihara cəhd etməsinin səbəbi məlum olub

28 İyul 2017 08:02

Dondurmalara diqqət edin!

28 İyul 2017 07:59

Avstraliyalı məşhur arıq modellərə meydan oxudu - FOTO

28 İyul 2017 07:57

"Viktoriya Plzen" maraqlı ideyanı reallaşdırıb - FOTO

28 İyul 2017 07:52

Tubanı silən Onur qızlarıyla tətilə çıxdı - FOTO

28 İyul 2017 07:42

Bu ölkədə etiraz edənlər 10 ilədək həbs olunacaq

28 İyul 2017 07:39

"Çelsi" futbolçunun müqaviləsini uzadıb icarəyə göndərdi

28 İyul 2017 07:37

Qolf topu boyda dolu Türkiyədə təyyarənin şüşəsini sındırıb

28 İyul 2017 07:32

Bakıda 7 mağaza yanıb

28 İyul 2017 07:32

İstanbulda leysan səbəbindən Bakıdan uçuşlar ləğv olunubmu?

28 İyul 2017 07:27

Koutinyonun qiyməti müəyyənləşib

28 İyul 2017 07:17

Aparıcı özünü Merilin Monroya bənzətdi - FOTO

28 İyul 2017 07:17

Onun işi gücü gerçəklə virtualı birləşdirməkdir - ÇAŞDIRICI FOTOLAR

28 İyul 2017 07:13

Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI

28 İyul 2017 07:05

Britaniya Avropa Birliyi ilə sərhədlərini bağlayacaq

28 İyul 2017 07:02

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 06:47

Məkkə ətrafında ballistik raket vuruldu

28 İyul 2017 06:44

Министр обороны Японии уйдет в отставку

28 İyul 2017 06:32

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

28 İyul 2017 06:32

Körfəz sahilində villa - FOTO

28 İyul 2017 06:32

Ən xeyirli yay meyvələri

28 İyul 2017 06:18

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

28 İyul 2017 06:02

Bakıdan İstanbula uçuşlar ləğv edilib?

28 İyul 2017 05:56

Bakıda 7 mağaza yandı

28 İyul 2017 05:54

Leonardo çoxlu qızla əylənərkən

28 İyul 2017 05:49

Məşhur filmlərin ruhunda masalar - FOTO

28 İyul 2017 05:32

Meyvəli ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28 İyul 2017 05:27

Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - FOTOLAR

28 İyul 2017 05:23

Yaponların ömrünün uzunluğu rekord həddə çatıb

28 İyul 2017 05:19