Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Süni dəri informasiyanı hiss etməyə imkan verəcək

Süni dəri informasiyanı hiss etməyə imkan verəcək

Date: 29 October 2016 12:35

Londonda yerləşən "Interactive Architecture Lab" laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanmış "Sarotis" adlı süni dəri virtual reallığa yüklənmə formasını tamamilə dəyişdirəcək, dəridən gələn məlumatları hiss etməyə imkan verəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "mail.ru" saytına istinadən yazır ki, "Sarotis" ikinci dəri kimi görsənir. Hələ ki istehsalçılar onu yaxalıq şəklində təqdim ediblər. Materiala hərəkət və dərinlik sensorları qurulub, həmçinin protezlərdə istifadə edilən texnologiyalar reallaşdırılıb. Sistem ətraf ərazini "3D" formatında göstərən "Google Project Tango" proqram təminatından istifadə edir.

"Sarotis" faktiki olaraq virtual və ya artırılmış reallıq haqda məlumatlar axınını taktil hisslər dəstinə çevirir. Süni dəri təzyiqi gücləndirmək və ya azaltmaqla istifadəçiyə komandalar verir.

Mütəxəssislər tərəfindən keçirilmiş sınaqda gözü görməyən insan "Sarotis" süni dərisinin komandaları üzrə boş otaqda hərəkət edib. Süni dəri onun divara çırpılmasına imkan verməyib və ya marşrut üzrə hərəkət etməsinə kömək edib.

İstehsalçılar əmindirlər ki, 2020-ci ilə smartfon sahiblərinin 70%-i kompüter "3D" görüntü sistemlərindən istifadə imkanına malik olacaqlar. Bu, süni dərinin imkanlarını genişləndirməyə imkan verəcək – zəif görmə qabiliyyətli insanlar üçün sistemlərdə, təhlükəsizlik qurğuları, naviqasiya və əlbəttə ki, videooyunlarda ondan istifadə etmək mümkün olacaq.

Emil Hüseynov





Tags:  Süni dəri informasiyanı hiss etməyə imkan verəcək


RƏYLƏR


Top news