Ukraynanın bayquş kəşfiyyatçısı Rusiyanı qılıncla yaraladı

Ukraynanın bayquş kəşfiyyatçısı Rusiyanı qılıncla yaraladı
12:38 29 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin yeni müdiri - general-mayor Vasiliy Burbonu kollektivə təqdim edib.

Publika.az “Defence.ru” saytına istinadən xəbər verir ki, tədbirdə ilk dəfə hərbi kəşfiyyatın emblemi rəsmən təqdim olunub.

Emblemin fotosu oktyabrın 24-də Ukrayna prezidentinin saytında yerləşdirilib. Emblemdə Rusiya qlobusda boz rənglə göstərilib, qlobusun Rusiya olan hissəsini isə bayquş kəşfiyyatçı qılıncla deşir.

Ukrayna bayrağının rəngləri və “Ukrayna hər şeydən yuxarı” yazısı fon kimi verilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR