Azərbaycanda qeyri-sabit hava şəraitinə görə xəbərdarlıq

Azərbaycanda qeyri-sabit hava şəraitinə görə xəbərdarlıq
12:46 29 Oktyabr 2016
131 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR