Respublikaçılardan Klinton tələbi

Respublikaçılardan Klinton tələbi
12:58 29 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Demokratlar Partiyasından ABŞ prezidentliyə namizəd Hillari Klinton Federal Təhqiqatlar Bürosunun (FTB) “Elektron poçt” işi üzrəistintaqı yeniləməsini şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Klinton özündən əmin olduğunu və qorxmadığını bildirib.

O, bütün gerçəklərinin tam və əksiksiz dərc olunmasını istəyib.

“Amerika xalqı bütün gerçəkləri tam və əksiksiz əldə etmə haqqına sahibdir. Federal Təhqiqatlar Bürosu problem nədirsə, onu gecikdirmədən xalqa açıqlamaq məcburiyyətindədir”, - Klinton mətbuat konfransında deyib.

Qeyd edək ki, FTB sabiq dövlət katibi barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib. Bunu FTB-nin direktoru Ceyms Komi bəyan edib. O, artıq bununla bağlı Konqresin məlumatlandırıldığını da bildirib.

Xatırladaq ki, Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar aparıb. O, iyulun 2-də FTB müstəntiqləri tərəfindən 3,5 saat dindirilib.

Klintonun sözlərinə görə, FTB iyul ayında əldə edilən nəticəni dəyişdirə bilməyəcək. Ceyms Komi iyul ayında verdiyi açıqlamasında bildirmişdi ki, Kinton dövlət katibi olduğu dövrdə dövlətə aid gizli məlumatların yer aldığı yazışmalar üçün şəxsi “e-poçt” hesabından istifadə etsə də, bu onun mühakimə olunmasını tələb edəcək bir vəziyyət yaratmır.

Respublikaçılar Partiyası isə Klintonun seçkilərdən kənarlaşdırılmasını tələb edib. Respublikaçılar hesab edirlər ki, şəxsi server Hillari Klintonun korrupsiya sxemləri üzrə yazışmalar üçün istifadə edilib. Bildirilir ki, yalnız bu fakt istənilən prezidentliyə namizədin diskvalifikasiyası üçün səbəb olmalıdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR