“Messinin 34 yaşı olanda ağlayacağıq” - Joze Mourinyo

“Messinin 34 yaşı olanda ağlayacağıq” - Joze Mourinyo
13:09 29 Oktyabr 2016
104 Digər
Ölkə mətbuatı
A- A+

 

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun az şans verdiyi futbolçulardan biri də Maykl Karrikdi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis bunu yarımmüdafiəçinin yaşı ilə əlaqələndirib.

 

Mourinyonun fikrincə, İngiltərə millisinin üzvünün 35 yaşda olması onun müntəzəm oynamasına mane olur: “İnsan 25 yaşda başqa, 35 yaşda bir başqa cür olur. Karrik fenomenal futbolçudu. Lakin mən onu Reşford və Errera kimi, ardıcıl 4-5 matçda oynada bilmərəm. Çünki yaş buna icazə vermir. 5 ildən sonra Lionel Messinin 34 yaşı olacaq və həmin vaxt biz ağlayacağıq”.

 

Qeyd edək ki, Maykl Karrik 2006-cı ildən “Mançester Yunayted”də çıxış edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR