Əməkdar artist Vyanada çıxış edib

Əməkdar artist Vyanada çıxış edib
13:11 29 Oktyabr 2016
46 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Əməkdar Artisti, pianoçu və bəstəkar İsfar Sarabski və qrupu oktyabrın 28-də Vyanada “Salam, Orient” (“Salam, Şərq”) festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.

Konsert Avstriya Teleradiosu (ORF), Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam, Orient” festivalının birgə əməkdaşlığı ilə “ORF Radiokulturhaus“ konsert zalında keçirilib.

Əvvəlcə festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix çıxış edib. O, rəhbərlik etdiyi festivalın proqramında Azərbaycan musiqisinin özünəməxsus yer tutduğunu bildirib. Qeyd edilib ki, festivalda Azərbaycan muğam ustalarının konsertləri ilə yanaşı, Azərbaycan cazı da musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanır. N.Ehrlix bu layihənin ərsəyə gəlməsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin göstərdiyi dəstəyə görə təşəkkür edib.

Caz konsertində İsfar Sarabski ilə birgə Şəhriyar İmanov (tar), Saşa Zinger (zərb alətləri), Aleksey Miltiks (violonçel), İlqar Rzayev, Ümidə Abbasova, Osman Eyyublu (hər üçü skripka) və Makar Novikov (kontrabas) da səhnəyə çıxıblar. Müxtəlif caz kompozisiyaları, xüsusilə “Novruz“, “G-Man”, “Edge” kompozisiyaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Konsert “Avstriya 1“ radiosu tərəfindən yazılıb və yaxın müddətdə radionun caz proqramlarında səsləndiriləcək.

Azərtac


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR