Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

Date: 29 October 2016 13:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Oktyabrın 30-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Səhər duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbərdarlıq
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

Milli.Az


Tags:  Sulu qar qar yağacaq XƏBƏRDARLIQ

RƏYLƏR


Top news