Rusiyada qızıl alverçisini öldürən Azərbaycan vətəndaşı tutuldu

Rusiyada qızıl alverçisini öldürən Azərbaycan vətəndaşı tutuldu
13:12 29 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Həştərxanda dəhşətli qətl törədilib.

Hadisə oktyabrın 25-də şəhərin Gilyanskaya küçəsində baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 45 yaşlı qızıl alverçisi qadın evində "Kalaşnikov" avtomatı ilə güllələnib. Qatil qadına azı 15 güllə vurub, onun 48 yaşlı tanışına isə 9 güllə dəyib. Qatil dərhal hadisə yerindən uzaqlaşaraq gizlənib. Amma bir neçə saat sonra hüquq-mühafizə orqanları şübhəli şəxsi saxlamağa nail olublar.

Əkizlər qaça biliblər

Hadisə baş verəndən sonra sosial şəbəkələrdə istifadəçilər qətllə bağlı müxtəlif versiyalar irəli sürməyə başlayıblar. Bildirilir ki, qətl hadisəsi şahidlərin gözləri önündə "Bolşiye İsadı" bazarında baş verib. Digər bir versiyada isə deyilir ki, hadisə uşaqların gözü önündə baş verib. Lakin rayonun istintaq idarəsində birinci versiyanı inkar edirlər. Bildirilir ki, hadisə qadının evində olub və öldürülənin 9 yaşlı əkiz oğlanları da həmin vaxt evdə olublar. Güllə səsi eşidən qardaşlar hadisə yerindən qaça biliblər.

Borca görə anlaşma

Qətlə yetirilənlərin cəsədlərini evdə qohumları aşkar edib. İstintaq zamanı məlum olub ki, öldürülən qadın evində qızıl alveri ilə məşğul olurmuş. Qətldə şübhəli bilinən şəxsin də evə alver məqsədilə gəldiyi ehtimal olunur. Qadının yanında öldürülən digər şəxs isə onların hər ikisinin ümumi tanışı və vasitəçi olub.

Məlum olub ki, qətldə şübhəli bilinən 36 yaşlı şəxs özü son zamanlar İstanbulda yaşayırmış. O Azərbaycan vətəndaşlığına və Həştərxanda müvəqqəti qeydiyyata malik olub. Türkiyədə memarlıq-dizayn firmalarından birində işləyib və orada onun rəsmi həyat yoldaşı və dörd uşağı yaşayır. Həştərxanda atası və həmçinin bu yaxınlarda oğlunu dünyaya gətirmiş ikinci həyat yoldaşı da yaşayır.

Saxlanılanın sözlərinə görə, onun xeyli borcu yaranıb və borclularla hesablaşmaq üçün qızıllarını satmağı məsləhət görüblər. O bunu Həştərxanda - dogma şəhərində etmək qərarına gəlir. Faciənin bütün iştirakçıları Qafqazdan gəlmələrdir, amma Həştərxanda yaşayırlar.

Qətlin səbəbi - 1kiloqram qızıl

Qətldə şübhəli bilinən şəxs bir kiloqram bahalı metalı çemodanda gətirir. Alverçi xanım əvvəlcə qızılı yoxlamalı olduğunu deyir və ona avans olaraq yarım milyon rubl verir. Bildirir ki, qalanını "ekspertiza"dan sonra verəcək.

Bahalı metalı dəyişdirdilər?

O, oktyabrın 25-də ümumi tanışları ilə birlikdə qadının yanına müqavilə bağlamaq üçün gəlir. Lakin içəri girəndə görür ki, gətirdiyi qızıl azalıb, ümumiyyətlə, oradakı həmin qızıllar deyil. Sübut olaraq əvvəlcə çəkdiyi şəkilləri çıxarıb. Lakin qadın şəkillərlə razılaşmayıb. Mübahisə qızışıb, şübhəli şəxs aldadıldığını anlayıb. Bu zaman nəsə hadisə olarsa özünü müdafiə etmək üçün üzərində gətirdiyi "Kalaşnikov" avtomatını çıxarıb.

Vasitəçi birinci güllələndi

Əvvəlcə o vasitəçini güllələyib. Qadın bu zaman qaçmağa çalışıb, amma müvəffəq olmayıb. İlkin məlumatlara görə, zərərçəkmişə ən azı 15 güllə vurub. Bundan sonra mənzili tərk edib. Saxlanılanın ifadəsinə görə, o, hadisədən sonra kənd rayonunda yaşayan dostları ilə zəngləşib, onlara gedib və avtomatı orada gizlədib. Daha sonra şəhərə qayıdıb.

"İsti izlər"lə

Yerli hüquq-mqhafizə orqanları çox operativ işləyiblər və bir neçə saat ərzində iki qətl törətmiş şəxs ticarət mərkəzinin ərazisində saxlanıb.

"Kalaşnikov"u bazardan alıbmış

Qətlin güman edilən aləti, yəni "Kalaşnikov" avtomatını tədqiqatçılar artıq tapıblar. Aydınlaşıb ki, qətli törədən şəxs onu tanışların məsləhəti ilə 2015-ci ildə 35 min rubla "Bolşaya İsada" bazarından alıb. "Kalaşnikov" bütün bu vaxt ərzində "qamışlıq"da - Həştərxandakı arvadının yaşayış yerinin yaxınlıqda saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/484428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR