KİV: Oman neft hasilatının azalması məsələsini OPEC üzvləri və digər ixracatçı ölkələrlə müzakirə etməyə hazırdır

KİV: Oman neft hasilatının azalması məsələsini OPEC üzvləri və digər ixracatçı ölkələrlə müzakirə etməyə hazırdır
13:22 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ OPEC-ə üzv olmayan ən böyük neft istehsalçısı olan Omanın nümayəndələri Vyanada keçirilən OPEC-ə üzv olan və olmayan neft ixracatçıları ölkələrindən olan eksperlərin görüşündə neft hasilatının səviyyəsinin yalnız dondurulmasını yox, həm də aşağı salınmasını müzakirə etməyə hazır olduqlarını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə görüşdə iştirak edən xarici nümayəndə heyətlərindən birindəki mənbə RİA "Novosti"yə məlumat verib.
Mənbənin sözlərinə görə, ölkə nümayəndələri konkret hədd göstərmədən hasilatın həcminin azalmasına razılaşmağa hazır olduqlarını bəyan ediblər.
"Bununla yanaşı, Oman digər ölkələrdən də analoji addımlar gözləyir", - deyə o əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/ki-v-oman-neft-hasilatinin-azalmasi-meselesini-opec-uzvleri-ve-diger-ixracatci-olkelerle-muzakire-et

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR