Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə 107 metrlik körpü tikilir - FOTO/VİDEO

Bərdədə 107 metrlik körpü tikilir - FOTO/VİDEO

Date: 29 October 2016 13:38

Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də avtomobil körpüsü inşa edilir.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, Tərtər rayonunun Sarcalı kəndi ərazisində, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir.

Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8.5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.75 m enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub.

Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25.6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaçacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 km-dən artıq yol gət etməli olurdular.






Tags:  Bərdədə 107 metrlik körpü tikilir FOTOVİDEO

RƏYLƏR


Top news