WhatsApp hamımızı aldadır - CİDDİ İTTİHAM

WhatsApp hamımızı aldadır - CİDDİ İTTİHAM
13:47 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Avropa Birliyi dünyanın ən populyar mobil messenceri WhatsApp-ın Facebook-la məlumat mübadiləsini dayandırmasını tələb edib. Bu mübadilə istifadəçilərin konfidensial və fərdi məlumatlarının oğurluğu kimi dəyərləndirilib.

Milli.Az The Wall Street Joutnal-a istinadən bildirir ki, Avropa Birliyində məlumatların müdafiəsi məsələləri ilə məşğul olan "29-cu maddənin işçi qrupu" məktub yayaraq WhatsApp və Facebook arasındakı anlaşmadan dolayı ciddi narahatlıq keçirdiyini bildirib. Mobil messenceri satın almış Facebook bu minvalla WhatsApp-ın bütün istifadəçilərinin telefon nömrələri və digər məlumatlarına yiyələnib.

"WhatsApp istifadəçiləri servisdən istifadəyə başlayanda belə "mübadilə"yə icarə verməmişdilər. İstifadəçilərin hüquqlarının tam müdafiəsi təmin edilməyincə WhatsApp və Facebook arasında mübadilə dayandırılmalıdır", - açıqlamada deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/484331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR