Əri idi, indi arvadı oldu - FOTO

Əri idi, indi arvadı oldu - FOTO
13:47 29 Oktyabr 2016
202 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyada gənc ailədə qəribə olay baş verib.

Milli.Az milliyet-ə istinadən bildirir ki, Avstraliyanın Brisbane şəhərində yaşayan 29 yaşlı Susanna Lianq adlı qadının Andrev adlı həyat yoldaşı verdiyi qərarla bütün dünyanı şok edib.

Andrev həyat yoldaşına "Mənə nifrət edəcəksən, amma sənə bir şey söyləmək məcburiyyətindəyəm. Mən qadın olmaq istəyirəm" deyib. Ərinin bu ilginc qərarını eşidən Lianq təəccüb içində nə edəcəyini bilməyib. Qadın yaşadığı qorxuya baxmayaraq ərinin bu istəyinə hörmət göstərib və ona dəstək olub. 

Yeni adı ilə Andrea kimi çağırılan homoseksual qadın olmaq üçün hormon müalicəsinə başlayıb. 

Avstraliya mətbuatına danışan Susanna yaşadıqlarını belə dilə gətirib: "Həmişə körpə sahibi olmaq istəmişdik, ancaq bacarmamışdıq. Sonra ikimiz də müalicə görməyə başladıq. Çox qəribə idi, bədənimiz dəyişirdi. Andrea qadın paltarları geyməyə başladı, sonra səsi dəyişdi". 

Susanna Lukas adlı 20 aylıq oğulları haqda da danışıb: "Lukas indi ikimizə də ana deyir. Bir müddət sonra ona hər şeyi izah edəcəyik. Ərim, artıq mənim arvadım oldu. İndi Andreanın tamamilə qadına çevrilməsi üçün əməliyyat xərcinə pul yığırıq. Onu, həqiqətən, çox sevirəm".

Təhməz Təkin
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR