Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti təxirə salınıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti təxirə salınıb
13:57 29 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ 2016-cı ilin sonlarında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməli olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
XİN sammitin yeni tarixinin təşkilata üzv ölkələrlə razılaşdırılacağını da bildirib.
Qeyd edək ki, TDƏŞ özündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyəni birləşdirən təşkilatdır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/turkdilli-dovletlerin-emekdasliq-surasinin-novbeti-sammiti-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR