Moskvada azərbaycanlı rəssamın əsərlərindən ibarət “Fırça və söz ustası” adlı sərgi açılıb

Moskvada azərbaycanlı rəssamın əsərlərindən ibarət “Fırça və söz ustası” adlı sərgi açılıb
14:02 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Con Kennedinin sərgisi keçirildi - FOTOLAR (24 May 2017 14:38)
"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçirilib - FOTO (15 May 2017 11:27)
"Qazaxda üç gün" adlı foto və rəsm sərgisi açılıb (FOTO) (11 May 2017 22:15)

Bakı. 29 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzi M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında “Fırça və söz ustası” adlı sərgi təşkil edib. 
"Report" xəbər verir ki, sərgidə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının, Rusiya Yazıçılar İttifaqının və Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru Maya Bədəlbəylinin yağlı pastellə çəkdiyi 30-a yaxın rəsmi nümayiş etdirilir.
Rəssamın özünün də dediyi kimi, heç gözlənilmədən rəngli şəkillər onun gözü önündə canlanmağa başlayıb, ağ kağızda xatirələri, düşüncələri əks olunub. Maya Bədəlbəyli deyib: “Ağ kağız üzərində ağaclar, təbiət mənzərələri, insan simaları canlanırdı. Sanki şeirlərimdə toxunduğum mövzular rəsmə çevrilib kağız üzərinə köçürdü. Gedib böyük bir albom aldım, canlanan şəkilləri həmin alboma köçürdüm. Beləcə, şeirlərimə və hekayələrimə rəsm kolleksiyam da əlavə olundu”.
Həmyerlimizin indiyədək çəkdiyi 250-dən çox rəsm dəfələrlə Bakıda və Moskvada sərgilənib. “Payızı çox sevirəm. Payız xatirələr çağıdır, mən də payızı çəkməyi, xatirələri rəngli cizgilərlə kağıza köçürməyi sevirəm. Mən peşəkar rəssam deyiləm. Odur ki, gördüyünüz bu işləri bu gün sizə təqdim etdiyim “Dalğınlıq” şeirlər kitabıma illüstrasiya kimi də qəbul edə bilərsiniz”, - deyə M.Bədəlbəyli qeyd edib.
Maya Bədəlbəyli yazıçıdır. O, “Söz”, “Dialoq”, “Kainatın səsi”, “Mən rezonansa düşən dalğayam” və digər kitabların müəllifidir. Sərgi çərçivəsində təqdim etdiyi “Dalğınlıq” (“Razdumye”) kitabında müəllifin şeirləri, esseləri, hekayələri, fəlsəfi-epik düşüncələri yer alıb. Əsərlərin əksəriyyəti lirik qəhrəmanın dilindən yazılıb. Kitabda müəllifin öz həyatında baş verən hadisələrlə birbaşa bağlı olan əsərlərə rast gəlinir. Müəllif əsrlərlə bəşəriyyəti düşündürən mövzulara – xeyir və şər, olum və ölüm, cənnət və cəhənnəm anlayışları ətrafında düşüncələrə dalır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova sərginin açılışında qeyd edib ki, Maya Bədəlbəylinin rəsmlərinin ilk sərgisi hələ 90-cı illərin ortalarında Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmişdi. Elə o zaman da rəsmləri görənlər rənglərin “üsyanı”na heyran qalmışdılar. T.Əhmədova deyib: “Maya Bədəlbəyli rəngləri kağıza barmaqlarının ucu ilə həkk edir və elə beləcə qəlbindəki hisslərini birbaşa kağıza köçürür. Sərgiyə gələnlərin hamısı Maya xanımın qeyri-adi rəsm üslubundan danışır. Onun rəsmlərində düşüncə dərinliyi, incə hisslər əksini tapıb”. Qeyd edilib ki, M.Bədəlbəyli hər bir rəsminə qəlbinin bir hissəsini köçürür və bəlkə elə ona görə də rəsmlər belə səmimi və canlı alınır. “Maya xanım kətan və kağız vasitəsilə dünyaya etiraflarını ünvanlayır. Dünya da onun bu etiraflarına biganə qalmır. Maya xanımın dəfələrlə Rusiya Yazıçılar İttifaqı tərəfindən “İlin şairi” və “İlin rəssamı” fəxri adlarına namizəd irəli sürülməsi də bundan xəbər verir”, - deyə T.Əhmədova qeyd edib. O, sərgiyə gələn hər kəsin rəsmlərdə öz hisslərinə, qəlbinə, düşüncələrinə doğma gələn cizgilər tapacağına əmin olduğunu bildirərək deyib: “Maya xanım haqqında danışanda A.Cexovun “İnsanda hər şey gözəl olmalıdır” ifadəsini xatırlamamaq olmur. Maya xanım Çexov meyarlarına tam uyğun gəlir. O, həm daxili, həm zahiri gözəlliyi, incə zövqü, iti qələmi ilə valehedecidir”.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev Maya Bədəlbəylinin öz qələmi və fırçası ilə Azərbaycan ilə Rusiya arasında yaradıcılıq, dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyinin vurğulayıb, səfir Polad Bülbüloğlunun müəllifə xoş arzularının çatdırıb.
Sərginin açılışında Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, şair Nəsib Nəbioğlu, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü Afaq Şıxlı, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva və başqaları Maya Bədəlbəylinin yaradıcılığından söhbət açıb, ona yeni uğurlar arzulayıblar.




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Parisdə terror həyəcanı

27 May 2017 02:48

Mariya Zaxarova: “Bakı məni heyran etdi”

27 May 2017 02:42

Qriqori Karasin: “Azərbaycan və Rusiya prezidentləri iyunun 8-9-da Astanada görüşəcəklər"

27 May 2017 02:37

Meksikada başı kəsilmiş beş meyit tapılıb

27 May 2017 02:29

"Mançester Yunayted" futbolçusu ilə müqavilə yenilədi

27 May 2017 02:28

Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb

27 May 2017 02:07

İsveçdə partlayış baş verib

27 May 2017 01:53

Çində bayker yanacaqdoldurma məntəqəsində motosikletini yandırıb

27 May 2017 01:42

"İyunda Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir”

27 May 2017 01:33

Tovuzda dəhşətli sürpriz:

27 May 2017 01:31

Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

27 May 2017 01:29

İsveçin Malmö şəhərində partlayış baş verib

27 May 2017 01:22

Görünməmiş QƏZA: Maşın metroya girdi - FOTO

27 May 2017 01:18

Misir HHQ terrorçuların Liviya ərazisindəki mövqelərinə hava zərbələri endirib

27 May 2017 01:08

FHN-in mərkəzlərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilib

27 May 2017 01:07

Berlində maşın metroya girib, 6 nəfər xəsarət alıb

27 May 2017 01:02

Mançester terroru ilə bağlı daha bir şübhəli saxlanıldı

27 May 2017 00:58

Mançesterdə terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

27 May 2017 00:36

Azərbaycan nefti ucuzlaşıb

27 May 2017 00:36

Ramazan ayı başladı

27 May 2017 00:23

Astroloji proqnoz - 27 may

27 May 2017 00:08

"Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzaladı

27 May 2017 00:05

Günün qoroskopu: irəliləyin!

27 May 2017 00:05

Ramazan ayı başlayıb

27 May 2017 00:02

Ramazan ayı başladı

27 May 2017 00:01

Dünya nəqliyyatı "pik saatda" - FOTO

26 May 2017 23:57

Azərbaycan XİN Misirdə baş verən terror aktını pisləyib

26 May 2017 23:53

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə - FOTO

26 May 2017 23:52

Azərbaycanın işgüzar qadınları Yaponiyada qlobal sammitdə çıxış etdi - FOTOLAR

26 May 2017 23:48

Bu paltarları illər əvvəl anaları geyinmişdi - FOTO

26 May 2017 23:47

Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib

26 May 2017 23:42

Ermənistan parlamentinin spikeri öz aparatında 22 köməkçi və müşaviri ixtisar edib

26 May 2017 23:36

Avroliqanın rəmzi yığmasına düşən hücumçu "Şalke"nin hədəfində

26 May 2017 23:32

17 yaşlı intihara cəhd edib

26 May 2017 23:32

Sağlamlığı möhkəmləndirmək üçün yalnız 2 DƏQİQƏ lazımdır

26 May 2017 23:27

Parisin mərkəzində partlayış təhlükəsi elan olunub

26 May 2017 23:27

ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

26 May 2017 23:26

Mingəçevirdə zəncirvari yol qəzası baş verib

26 May 2017 23:22

"Real" azarkeşlərinə final öncəsi xoş xəbər

26 May 2017 23:22

Üzünüzdə təbəssüm yaradacaq FOTOLAR

26 May 2017 23:17

2017-ci ilin ən qənaətcil avtomobilləri - FOTO

26 May 2017 23:12

Bakı sakinləri Ramazan ayında toy edirmi?

26 May 2017 23:08

Sizdə ZOB XƏSTƏLİYİ inkişaf edə bilərmi?

26 May 2017 23:05

Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

26 May 2017 23:05

Nazir müavini:

26 May 2017 22:58

"Səhvlərimdən nəticə çıxardım"

26 May 2017 22:57

Argentina millisində yeni baş məşqçi

26 May 2017 22:48

Düyü ilə dolu qaynayan qazan 21 yaşlı qızın üstünə aşıb

26 May 2017 22:47

Salatlara bitki yağı əlavə edin ki...

26 May 2017 22:47

Tramp İslam dünyasını Ramazan ayının gəlişi münasibətilə təbrik edib

26 May 2017 22:46