Əməkdar artist Gülbahar Şükürlü nağara ifaçısı Gülağa Quliyevlə birlikdə “5/5” verilişinə qonaq olub.
Axşam.az-ın məlumatına görə, qarmon ifaçısı aparıcı Zaur Kamalın “Gülağa müəllimlə birlikdə musiqi səsləndirərsiniz. Keçin yerinizə” sözlərinə etiraz edib:
“Keçmirəm və istəmirəm. Bura öz ifalarımı göstərməyə gəlmişəm. Gülağa üçün gəlməmişəm ki... Bilmirik nə ifa edəcəyik”.
“Məni siz onunla tanış edib, indi arxaya çəkilirsiniz. Olmaya aranızda soyuqluq var?. Biz istəyirik şou yaradasınız. Əvvəl Gülağa müəllimlə səsləndirib, sonra solo oxuyarsınız” deyə, Z.Kamal cavab verib.