30 ildir yanılmayan professor: "Tramp prezident seçiləcək"

30 ildir yanılmayan professor: "Tramp prezident seçiləcək"
14:12 29 Oktyabr 2016
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasından olan namizəd Donald Tramp qələbə qazanacaq.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə 1984-cü ildən bəri prezident seçkilərinin nəticələri ilə bağlı qabaqcadan dəqiq proqnozlar verən Vaşinqtondakı Amerika universitetinin professoru Alan Lixtman deyib.

"The Washington Post"un yazdığına görə, Lixtman qeyd edib ki, Donald Trampın qeyri-ciddi ifadələri və qadınların onun tərəfindən cinsi istismara məruz qalmaları ilə bağlı söylənən ittihamlar seçkinin nəticələrinə dair proqnozlara təsir etmir.

Tədqiqatçının sözlərinə görə, Respublikaçılar partiyasından olan namizədin xeyrinə qələbə üçün lazım olan 13 amildən 6-sı var.

Eyni zamanda, Lixtman etiraf edir ki, bu amillərin nisbəti Trampın xeyrinə dəyişməyə də bilər. Çünki indiyə qədər "üçüncü" - Libertarian patiyasından olan namizəd Hari Consonun 5%-dən çox səs yığıb-yığmayacağı da dəqiq məlum deyil. Libertarianlar 5%-lik həddi keçə bilməsələr, Hillari Klintonun şansı yüksələ bilər.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında Lixtman ABŞ-da prezident seçkilərində Trampın qələbə qazanacağını qabaqcadan xəbər vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR