Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizdə oynayacaq futbolçu türk klubundan yarım milyon istəyir

Millimizdə oynayacaq futbolçu türk klubundan yarım milyon istəyir

Date: 29 October 2016 14:17

FİFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqa klublarından "Elazığspor"un 12 xalı silinib.

Milli.Az qafqazinfo-ya istinadən bilkdirir ki, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın "Soşo" klubuna olan borclarının ödəməməsi olub.

Ancaq Elazığ təmsilçisinin borclu olduğu futbolçu təkcə Bilika deyil. Belə ki, klubun 26 futbolçuya borcu var. Həmin futbolçular arasında hazırda "Bursaspor"da çıxış edən və millimizdə oynamağa razılıq verən Dəniz Yılmazın da adı var. Klubun 2013-cü ildə "Maynts"dan transfer etdiyi futbolçuya 313 min avro borcu var. Bu məbləğ isə Azərbaycan pulu ilə 559 min manat edir.

Qeyd edək ki, bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.

Milli.Az 


Tags:  Millimizdə oynayacaq futbolçu türk klubundan yarım milyon istəyir

RƏYLƏR


Top news