QAN DONDORAN OLAY: keçmiş arvadının üstünə benzin töküb yandırdı - AZƏRBAYCANDA

QAN DONDORAN OLAY: keçmiş arvadının üstünə benzin töküb yandırdı - AZƏRBAYCANDA
14:39 29 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda dəhşətli hadisə baş verib.

 

APA-nın məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

Xəzər rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.

 

Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR