Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

YouTube-dan əla YENİLİK

YouTube-dan əla YENİLİK

Date: 29 October 2016 14:57

İstifadəçiləri video portalda uzun müddətə saxlamaq üçün YouTube servisə video yükləyənlərə yeni funksiya təqdim edir.

Milli.Az technote.az-a istinadən bildirir ki, End Screens adlı yeni funksiya videonun sonuncu 5-20 saniyəsinə mobile-friendly iikonlarını əlavə etməyə imkan verəcək. Həmin ikonlar isə istifadəçini müəllifin digər videolarına, kanalına və ya tərəfdaşın videolarına yönəldəcək. Həmçinin reklam məqsədli müəyyən mənbələrin linklərini də əlavə etmək imkanı olacaq.

Daha əvvəllər videolara linklər əlavə etmək üçün müəlliflər Annotations adlı tətbiqdən istifadə edirdilər. Artıq buna ehtiyac yoxdur.

"Buna artıq ehtiyac yoxdur. Belə ki, yeni End Screens-ləri yaratmaq həm çox asandır, həm də onların köməkliyi ilə müəlliflər mobil və web versiyalarda daha çox baxış sayı yığa biləcəklər", - deyə bildirilib. Özündə sayca 4 element daşıya biləcək ikonu videonun son 5-20 saniyəsi ərzində istənilən yerdə yerləşdirmək olacaq. Oxu ikona yaxınlaşdıran zaman o genişlənərək daxilində olan linklər barəsində daha ətraflı məlumatları əks etdirəcək.

Milli.Az


Tags:  YouTube-dan əla YENİLİK


RƏYLƏR


Top news