Alim Qasımov: "Harada mikrofon görür, cumur üstünə" - VİDEO - FOTO

Alim Qasımov: "Harada mikrofon görür, cumur üstünə" - VİDEO - FOTO
15:12 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Onlardan başqa bizi heç kim tənqid edə bilməz.

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova maraqlı açıqlamalar veriblər.

Xalq artisti nəvələri haqda danışıb:
"Nəvəm də oxumağa başlayacaq. İkinci Alim Qasımovdur. 3 yaşı olacaq. Harada mikrofon görür, cumur üstünə. Konsertdən sonra nəvələrimlə yaxşı ünsiyyət qura bilməmişəm. Yadlaşmışam sanki onlara. Onun mənim sənətimi davam etdirib-etdirməməsi. Pis olub korlayacaqsa, heç davamçım olmasın. Bizdə hamı Fərqanə kimi ola bilməz axı".

Alim Qasımov digər ailə üzvləri barədə də açıqlama verib:
"Çoxu tənqidşünasdır. Jurilik edirlər (gülür). Gəlinim, oğlum, elə yoldaşımın özü jüridir. O jürilərdən hələ-hələ sənətkar keçə bilməz. İşimiz çox çətindir. Onları dinləyirəm. Hər bir sənətkarın bir tənqidçisi olmalıdır. Onlardan başqa bizi heç kim tənqid edə bilməz. Çünki yad adam deyər ki, qəlbinə dəyər, həvəsdən düşər. Amma ailəm sözü üzə deyir. Evimiz orkestrla doludur".

Fərqanə Qasımova isə bildirib ki, qızları da musiqi ilə məşğul olurlar:
"Yönləndirsək, çox şey əldə edərlər. Amma arzum odur ki, rahat həyat yaşasınlar. Elmlə məşğul olmalarını istəyirəm. Musiqi sənəti çox çətindir. Atam məni bu sənətə gətirib və əziyyətimi çəkib. Qızım və oğlum məni öldürür ki, məni "O səs Türkiyə" verilişinə göndərin".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/484469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR