"400 min gətir, yoxsa oğlun..." - MTN quldurlarının daha bir qurbanı

"400 min gətir, yoxsa oğlun..." - MTN quldurlarının daha bir qurbanı
15:17 29 Oktyabr 2016
724 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhidin bir gün öncə anasına yazdığı o məktub... "getmə dediyin oğlun" (10 Mart 2017 20:37)

Keçmiş MTN şefi Eldar Mahmudov ötən ilin oktyabr ayında vəzifədən kənarlaşdırıldıqdan sonra sözügedən qurumun yüksək rütbəli zabitlərinin bir qismi həbs edildi. Həbs olunanlar arasında generallar, idarə və şöbə rəisləri, müstəntiqlər də vardı. Sahibkarlara, iş adamlarına, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlara qənim kəsilən MTN "çete"si bu insanların pullarını əllərindən almaqla yanaşı onlara hədə-qorxu gəlməkdən, qurduqları biznesi rahat şəkildə çökdürməkdən də çəkinməyiblər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, MTN-nin taladığı iş adamlarından biri - "Techmarine LTD" MMC-nin təsisçisi Arif Həsənov da bu qurumun toruna düşüb. "Techmarine LTD" MMC 1996-cı ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub. A.Həsənov tanışı Səhrab Allahverdiyevə birlikdə işləməyi təklif edib, şirkətdə 50% pay verərək onu özünə müavin təyin edib. Uzun illər birlikdə işləyiblər. 2013-cü ilin axırlarında şirkətin bağladığı müqavilələr üzrə sənədlərin yoxlanılmasını keçirərkən şərikinin onun razılığı və xəbəri olmadan şirkət tərəfindən görülmüş işlərə görə külli miqdarda pul vəsaitlərini Estoniya və Latviyada yerləşən banklara offşor hesabına köçürüldüyünü müəyyən edib. Bu səbəbdən də S.Allahverdiyevdən pulları geri qaytarmağı tələb edib, dövlətə vergi verilməli olduğunu deyib. Şəriki isə onu və oğlunu həbs etdirməklə hədələyib.

MTN-ə şikayət və...

Baş verənlər barədə A.Həsənov "Neftmaşınqayırma"MMC-nin direktoru Asif Bədəlova danışıb. Və elə onun da məsləhəti ilə şəriki haqda MTN-ə müraciət edib. 2015-ci ilin yanvar ayında Asif Bədəlov ona zəng vuraraq MTN-in yaxınlığındakı "Sultan" kafesində MTN əməkdaşları ilə birlikdə olduğunu deyib və A.Həsənovu oraya dəvət edib. Həmin kafeyə gedən A.Həsənov MTN əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov və A.Bədəlovla görüşüb. Onlara Səhrabın cinayət əməlləri barədə məlumat verib. Adları çəkilən şəxslər sənədləri təqdim etməli olduğunu ona bildiriblər. Və...

MTN-nin tələbi: "400 min manat gətir"

Sonrakı günlərdə A.Həsənov həmin kafedə bir neçə dəfə MTN əməkdaşları ilə görüşüb. Şikayətin araşdırılması Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyatda təhlükəsizliyi Baş İdarəsi tərəfindən aparılıb. Sonuncu görüş zamanı MTN əməkdaşı Füzuli Hüseynov bütün günahların A.Həsənovda olduğunu, onu və oğlunu tutacaqlarını deyib, 400 min manat gətirməyi tələb edib. Ertəsi gün axşam saatlarında Füzuli Əliyev, Natıq Alıyev, Zaur Məmmədov, Akif Çovdarovun rəhbərlik etdiyi idarənin əməkdaşı, mayor Akif Əliyev (həbs olunub və hazırda Çovdarovla birlikdə mühakimə olunur - virtualaz.org) və digərləri "Techmarine LTD" MMC-in ofisinə "təşrif buyurublar". F.Əliyevin göstərişi ilə ofisdə axtarış aparılıb, bütün kompüterlər serverdən açılıb, kompüterlərdə olan məlumatlar köçürülüb. "Techmarine LTD" MMC-in çek kitabçası, bütün maliyyə sənədləri götürülüb.

"Sultan" kafesində sultanlıq edənlər

Akif Həsənovu, oğlu H.Həsənovu, şəriki S.Allahverdiyevi, iş icraçısı Əlizamin Rzayevi və texnoloq Ramin Əkbərovu MTN-ə aparıblar. Gecə saatlarına kimi MTN-də A.Həsənova hədə-qorxu gələrək oğlunu həbs edəcəklərini deyiblər, təzyiq göstəriblər, külli miqdarda pul tələb ediblər. Hədələrdən qorxuya düşən A.Həsənovun razılaşmaqdan başqa çarəsi qalmayıb. Gecə saat 2 radələrində onu MTN-dən buraxıblar. Ertəsi gün tələb olunan məbləği "Sultan" restoranında MTN əməkdaşı FüzuliƏliyevə verib. Pulu verdiyi zaman F.Əliyev ondan bankda nə qədər pulu olduğunu soruşub. A.Həsənov Beynəlxalq Bankın Qaradağ filialında 100 min manat, "Azəriqazbank"da isə həyat yoldaşının adına 100 min dollar depozit hesabı olduğunu deyib. F.Hüseynov ona "gözlə burda, indi gələcəklər, onlarla danışarsan" deyərək kafedən çıxıb.

Bir qədər sonra Çovdarovun işçisi Akif Əliyev kafeyə gələrək bankdakı pulları çıxarıb ona verməyi tələb edib. Etiraz etdikdə "sabah oğlun Həsəni də götürüb MTN-ə gələrsən" deyərək kafedən çıxıb. Ertəsi gün A.Həsənov oğlu ilə birlikdə MTN-ə gəlib. Həmin vaxt S.Allahverdiyev də orada olub. MTN əməkdaşı ona "oğluna 5 il cəza verilə bilər" deyib. Bundan sonra, demək olar ki, hər gün A.Həsənov MTN-ə çağırılıb, ondan pul tələb olunub, şirkətin balansındakı ofisi, əlavə olaraq 130 min manat pulu Səhraba verməyi tələb ediblər. Məcburiyyət qarşısında qalan A.Həsənov hər iki bankdakı pulları çaxararaq yanvarın 23-də "Sultan" kafesinin yaxınlığında Akif Əliyevə verib.

MTN əməkdaşları sahibkardan əl çəkməyiblər

Akif Əliyevin göstərişi ilə şirkətə yollanan iş adamı şəriki Səhrabın və MTN əməkdaşı Natiq Alıyevin orada olduqlarını görüb. Elə oradaca şirkətin müdiri Natiq Abdullayevin iştirakı və diqtəsi ilə "Techmarine LTD" MMC-nin ofisinin Səhrabın adına keçməsi, guya 130 min manat borcunun ödənilməsinə dair müqavilə tərtib olunub. Bu əməliyyatların notarial qaydada təsdiq edilməsi üçün Hövsan qəsəbəsində fəaliyyət göstərən dövlət notariusu çağırılıb. Lakin bütün bunlardan sonra da Akif Əliyev və Füzuli Əliyev ona MMC-nin əsas fəaliyyəti ilə məşğul olmağa imkan verməyiblər. Müxtəlif gəmilərin təmir işlərini həyata keçirilməsi ilə bağlı müqavilə bağladığı zaman MTN əməkdaşları Akif Əliyevlə Füzuli Əliyev sifarişçini MTN-ə dəvət edərək əməkdaşlığa son qoymağı tələb ediblər.

"Şirkətin əmlakının bölüşdürülməsini MTN əməkdaşları özləri təşkil ediblər"

Şahid qismində dindirilən "Techmarine LTD" MMC-nin sabiq müdir müavini Səhrab Allahverdiyev ifadəsində 2015-ci ilin yanvar ayının ortalarından MTN-in Füzuli adlı əməkdaşı tərəfindən nazirliyə çağırıldığını, orada şirkətin fəaliyyətinə dair suallar verildiyini, lakin protokol tərtib edilmədiyini deyib: "Şirkətdə axtarış aparıldı, maliyyə sənədləri, kompüter məlumatları götürüldü, şirkətin işçiləri MTN-ə aparıldı".

S.Allahverdiyev hər gün MTN-ə çağırıldığını, MTN əməkdaşı F.Əliyevin ondan 1 milyon manat tələb etdiyini deyib: "Telefon danışıqlarının dinləndiyini deyirdi, hədə-qorxu gələrək 1 milyon tələb edirdi, imtina etdim. Bundan sonra Arif Həsənovdan 200 min manat aldığını deyir, yarım milyon tələb edirdi".

Şahid deyir ki, MTN-də ondan Arif Həsənovla şərikliyinə son qoyulması tələb olunub. O, da məcburən razılaşıb.

Şirkətin əmlakının bölüşdürülməsini MTN əməkdaşları özləri təşkil ediblər, F.Əliyevin göstərişi ilə müqavilə tərtib olunub, bundan sonra isə audit yoxlamaları aparılıb.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Liviya ordusu Benqazinin mərkəzində bir neçə rayonu terrorçulardan azad edib

28 İyun 2017 20:22

Heyvanlar da gülə bilirmiş - FOTO

28 İyun 2017 20:22

Doğulan kimi nişanlanan, 6-7 yaşlarında ərə verilən qızlar - QORXUNC ADƏTLƏR - FOTO

28 İyun 2017 20:17

Bakıda məşhur hind aktyoru ilə görüş keçirildi

28 İyun 2017 20:14

Qəribə toy adətləri: Ana toy gecəsi yatağın yanında oturur - FOTO

28 İyun 2017 20:12

"Əl-Qaidə" silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb

28 İyun 2017 20:07

Təyyarədə dünyaya gələn körpə - VİDEO

28 İyun 2017 20:05

Gəzintiyə çıxan Ledi Qaqa gülüş hədəfi oldu - FOTO

28 İyun 2017 19:57

Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşəcək:

28 İyun 2017 19:57

Oturuşunuz xarakterinizdən xəbər verir - FOTO

28 İyun 2017 19:52

ABŞ odla oynayır - İran rəsmisi

28 İyun 2017 19:48

"Qəbələ" klubu şotlandiyalı futbolçunu icarəyə götürüb

28 İyun 2017 19:47

Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

28 İyun 2017 19:47

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu

28 İyun 2017 19:42

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

28 İyun 2017 19:37

Bakıda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 19:37

Xəzərdə bir nəfər boğulmaqdan xilas edilib

28 İyun 2017 19:34

Hülya Avşar: "Qadın istəmədiyi zaman xəyanətə uğramaz”

28 İyun 2017 19:33

"Bəyin oğurlanması" filminin Gülbadamı: "Ağır xəstəyəm, tək yaşayıram" - FOTO

28 İyun 2017 19:32

Fatma Mahmudova: "Elə bilirlər ki, başım keçəldir" - FOTO

28 İyun 2017 19:27

AŞ PA-nın yay sessiyasının üçüncü iş gününda qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib

28 İyun 2017 19:27

"Belə festivallar ölkələr arasında dostluq əlaqələrini daha da möhkəmləndirir"

28 İyun 2017 19:22

Azərbaycanlı aktyor: "Mətanət çəkiliş meydançasında hönkürüb ağladı" - FOTO

28 İyun 2017 19:17

Suriyada hava hücumu:

28 İyun 2017 19:17

Cəlilabadda mağaza yandı

28 İyun 2017 19:13

SOCAR əməkdaşları seysmik kəşfiyyat işləri apararkən xəsarət alıblar

28 İyun 2017 19:12

Naz yarıçılpaq küçədə gəzdi, təhqir olundu

28 İyun 2017 19:12

"Real"dan Ronaldo açıqlaması: gedir, yoxsa qalır?

28 İyun 2017 19:07

Mahsun Kırmızıgülün ailəvi istirahəti - FOTO

28 İyun 2017 19:05

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub

28 İyun 2017 18:57

İran rəsmisi: "ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir"

28 İyun 2017 18:57

"Səbail"in kapitanı kim olacaq?

28 İyun 2017 18:57

"Barselona"nın transfer bombası

28 İyun 2017 18:57

İnternetdə tanış olduğu qadına görə... - FOTO

28 İyun 2017 18:53

Sevgilisi ilə birləşib ərini öldürdü - Facebookda status yazıbmış - FOTO

28 İyun 2017 18:52

Azərbaycan nümayəndə heyəti üzvünün hazırladığı sənəd Avropa Şurasında nəşr edilib

28 İyun 2017 18:37

Cəlilabadda yanğın olub

28 İyun 2017 18:36

SOCAR-ın qayığı qəzaya uğradı: Xəsarət alanlar var

28 İyun 2017 18:32

Dünyanı məhvə aparan dərman qadağan edilir

28 İyun 2017 18:32

ÜAK-ın apelyasiya şikayətinə baxılacağı tarix bilindi

28 İyun 2017 18:29

Keniyada terror aktı

28 İyun 2017 18:28

Şeyxin qudası pivə içən molladan DANIŞDI - "Məkkədə "həci pivəsi" görmüşəm"

28 İyun 2017 18:27

Milyarderlərin yaşadığı 15 şəhər -SİYAHI

28 İyun 2017 18:24

Messinin toyunu 200-ə yaxın mühafizəçi qoruyacaq

28 İyun 2017 18:22

Çimərlikdə suya girəndə ehtiyatlı olun - TƏHLÜKƏ

28 İyun 2017 18:18

Qadın və kişilərə PİS XƏBƏR

28 İyun 2017 18:14

Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü - "Namusumu təmizlədim" - VİDEO - FOTO

28 İyun 2017 18:12

Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür

28 İyun 2017 18:08

Cinsi əlaqədən sonra iflic oldu

28 İyun 2017 18:08

Ağ çimərlik geyimi ilə göz oxşadı - FOTO

28 İyun 2017 18:05