Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib
15:22 29 Oktyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-29-da Gəncə şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Nazirlikdən bildirilib ki, əvvəlcə Gəncə, Kəlbəcər, daha sonra Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər vərayonlarının qəbul üçün müraciət edən 90-a yaxın sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Xidməti fəaliyyətlə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti dövlət qurumlarına göndəriləcəyi nəzərə çatdırılıb.
Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/ramil-usubov-gencede-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR