Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan şəxs barəsində cinayət işi başlanıb

Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan şəxs barəsində cinayət işi başlanıb

Date: 29 October 2016 15:32

Bakı. 29 oktyabr. REPORT.AZ/ Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan Kəlbəcər rayon sakini barəsində cinayət işi başlanıb.
Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. 
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1973-cü il təvəllüdlü Bəxtiyar Şəmistan oğlu Əliyev 2009-cu ildə ölən azyaşlı uşağının adına olan saxta sənədlər vasitəsi ilə 2009-2015-cu illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən maddi yardım alıb.
B.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. 

Tags:  Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan şəxs barəsində cinayət işi başlanıb

RƏYLƏR


Top news