Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına yüksəlib

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına yüksəlib

Azərbaycan gimnastı Dünya Kubokunun finalına yüksəldi (16 Mart 2017 14:05)
Cüdo yığmamız “Böyük dəbilqə”də 2-ci yeri tutdu - FOTOLAR (12 Mart 2017 20:48)
Azərbaycan cüdo yığması "Böyük Dəbilqə" turnirində 7 medalla ümumi hesabda 2-ci yeri tutub (12 Mart 2017 19:22)

Tarix: 29 Oktyabr 2016 15:47

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanlı cüdoçu Rüstəm Orucov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin finalına yüksəlib.
"Report"un məlumatına görə, 73 kq çəkinin həlledici görüşündə R.Orucovun rəqibi isveçli Tommi Makias olacaq.
R.Orucov 1/8 finalda rəqibi olmadığından, mübarizəyə 1/4 final mərhələsindən start verib. Daha bir azərbaycanlı cüdoçu Fəqan Quluzadə 1/8 finalda pakistanlı Nadim Akramdan üstün olub. Nəticədə Azərbaycanın iki idmançısı 1/4 finalda üz-üzə gəlib. R.Orucov F.Quluzadəni məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda BƏƏ idmançısı Viktor Skvortovdan güclü olub.
F.Quluzadə ilkin təsəlliverici görüşdə braziliyalı Aleks Villiam Pombo Silvaya qalib gəlib. Azərbaycan idmançısı bürünc medal uğrunda rusiyalı Musa Moquşkovla üz-üzə gələcək.
81 kq çəkidə yarışan Elvin Əhmədli və Ruslan Fərruxzadə ilk görüşdə məğlub olaraq turnirdə mübarizəni dayandırıblar.

Teqlər:  Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirinin finalına yüksəlib



RƏYLƏR


Top xəbərlər