Əməkdar artist Fərqanə Qasımova övladlarının “O səs türkiyə” yarışmasına getmək istədiyini deyib.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı ARB TV-nin “Gəlin danışaq” verilişində uşaqlarının musiqiçi olmasını istəmədiyini bildirib:
“Əgər musiqiyə yönləndirsək, çox şey əldə edərlər. Amma arzum odur ki, rahat həyat yaşasınlar, elmlə məşğul olsunlar. Musiqi sənəti çox çətindir. Atam məni bu sənətə gətirib və əziyyətimi çəkib. Qızım və oğlum məni öldürür ki, bizi “O səs Türkiyə”yə göndər”.