ABŞ prezidentinin köməkçisi vəzifəsinə namizədin təyyarəsi qəzaya uğradı - VİDEO - FOTO

ABŞ prezidentinin köməkçisi vəzifəsinə namizədin təyyarəsi qəzaya uğradı - VİDEO - FOTO
16:27 29 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın New York şəhərindəki "LaGuardia" hava limanında bir təyyarə eniş zamanı qəzaya uğrayıb. Təyyarə Donald Trumpın köməkçisi vəzifəsinə namizəd Mike Penci daşıyırdı. 

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Mike Pencein kampaniya təyyarəsi yaşanan qəza ilə bağlı asfaltı dağıdıb. Pilotlar təyyarəni çətinliklə dayandırıblar. Təyyarənin bəzi hissələri zərər görüb. 
Təyyarədə jurnalistlər və partiya nümayəndələri də daxil olmaqla 37 nəfər olub. Xoşbəxtlikdən qəza nəticəsində heç kim xəsarət almayıb. 

Mike Pence qəzadan sonra "Twitter"də yaxşı olduğunu və təyyarədəki hər kəsə təşəkkür etdiyini yazıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR