Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səddam Hüseyn olmadığını sübut et, sonra... - “Apple” dan QƏRİBƏ TƏLƏB

Səddam Hüseyn olmadığını sübut et, sonra... - “Apple” dan QƏRİBƏ TƏLƏB

Apple launches Support App for iPhone and iPad users (10 November 2016 12:34)

Date: 29 October 2016 16:28

İngiltərədə yaşayan Şarakat Hüseyn aldığı “iPhone”u geri qaytarmaq istəyərkən qəribə halla qarşılaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı oğlan bacısına bir ay əvvəl “iPhone6” alıb. Lakin bacısı istəmədiyinə görə, geri qaytarmalı olub.

Şarakat mağazaya gedib ödədiyi 799 sterlinqi geri almaq istəyib, ammma məbləğ böyük olduğuna görə şirkət yalnız bank vasitəsilə geri qaytarmağın mümkün olduğunu deyib. O bütün lazımı məlumatları şirkətə versə də, pulun hesabına köçmədiyini görüb. Ş.Hüseynin e-mail ünvanına isə qəribə bir məktub gəlib.

“Apple” şirkətindən gələn məktubda Ş.Hüseyndən 2006-cı ildə edam edilən keçmiş İraq lideri Səddam Hüseyn olub-olmadığını təsdiq etməsi tələb olunub. Oğlan əvvəl bunun zarafat olduğunu düşünüb. Yenidən şirkətə müraciət edib. “Apple” rəsmiləri bunu Şarakat adının dövlətdə satış edilməsi qadağan edilən şəxslər siyahısında ola biləcəyi ilə əlaqələndirilib. Şirkət Şarakatdan üzr istəyəndən sonra pulunu geri qaytarıb.

Gülxar


Tags:  Səddam Hüseyn olmadığını sübut et sonra Apple dan QƏRİBƏ TƏLƏB


RƏYLƏR


Top news