Zığ-Hövsan yolunda avtomobillərin hərəkəti bir neçə günlüyə məhdudlaşdırılacaq

Zığ-Hövsan yolunda avtomobillərin hərəkəti bir neçə günlüyə məhdudlaşdırılacaq
17:17 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakının Zığ-Hövsan yolunun tikintisi işləri çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir. 
Bu barədə "Report"a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən məlumat verilib. 
Qurumdan bildirilib ki, oktyabrın 31-i səhər saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq: "Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər".
Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər-hansı bir məhdudiyyət olmayacaq.


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/zig-hovsan-yolunda-avtomobillerin-hereketi-bir-nece-gunluye-mehdudlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR