Ağdamda it məktəbli qıza və qadına hücum etdi

Ağdamda it məktəbli qıza və qadına hücum etdi
17:22 29 Oktyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda məktəbli qızı it dişləyib.

APA-nın xəbərinə görə, hadisə rayonun Yüzbaşılı kəndində qeydə alınıb. 6-cı sinif şagirdi Fətəliyeva Şəhanə Müsavir qızı it dişləməsi xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ş.Fətəliyyevaya quduzluq əleyhinə zərdab vurulub.

Bu gün məcburi köçkünlər üçün salınmış qəsəbədə 1978-ci il təvəllüdlü Rzayeva Əminə Rza qızı da it dişləmə xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulub.

APA-nın xəstəxanadan əldə etdiyi xəbərə görə son bir ayda 15 nəfərdən çox şəxs  it dişləməsi şikayəti ilə xəstəxanada qeydiyyata düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/484482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR