"O, bütün Azərbaycan xalqından üzr istəməlidir"

"O, bütün Azərbaycan xalqından üzr istəməlidir"
17:42 29 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının X turunda "Qəbələ" "Neftçi"ni qəbul edib. Matç 4:1 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Vəli Qasımov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: ""Qəbələ" komandasını təbrik edirəm. Demək olar ki, biz bu gün müdafiəsiz oynadıq. Çoxsaylı səhvlərə yol verdik. Çıxış yolumuz qışı səbrsizliklə gözləməkdir".

- Komandanı bu halda qəbul etdiyinizə görə peşmançılıq keçirmirsiniz?

- Əlbəttə, peşmançılıq var. Ancaq başa düşən düşür ki, Elxan Abdullayevlik bir şey yoxdu. Çünki səviyyə fərqi yerlə göy arasındadı.

- 3 mərkəz müdafiəçisindən istifadə etdiniz. Yenə də bu taktika özünü doğrultmadı. Yenidən bu sistemdən istifadə edə biləcəksinizmi?

- Sistemin günahı yoxdu. Çünki bu, fərdi ustalığın aşağı olmasından irəli gəlir.

- "Qarabağ"la oyunda daha az qol şansı vermişdiniz. "Qəbələ" daha güclüdür?

- Belə deməzdim. "Qarabağ" daha çox mərkəzdən hücum etməyi sevir. "Qəbələ" isə oyununu cinahlarla qurur. Bu cür oyuna qarşı oynamaq bizə daha çətin idi.

- Katalin Tira vurduğu azarkeşlə barışıb. Bu, onun klubdakı taleyinə müsbət təsir göstərə bilərmi?

- O, azarkeşdən yox, bütün Azərbaycan xalqından üzr istəməlidir. Bütün hallarda, sözümün üstündə dayanıram: "Nə qədər ki, mən burdayam, Tira "Neftçi"də oynamayacaq".

- Elvin Bədəlov yenə ənənəsinə sadiq qaldı. 1 və 3-cü qollar onun hədiyyəsindən vuruldu. Bədəlov neçə səhvə yol verməlidi ki, ehtiyat oyunçular skamyasının əbədi sakininə çevrilsin?

- Rahil Məmmədov da çoxsaylı səhvlərlə yadda qalıb. Bu gün bütün müdafiəçilərimiz səhvlərlə yadda qaldı. Hamısı zəifdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR